“Neftçi” ardıcıl üç mövsüm titulsuz qalmasını rəsmiləşdirib
18.05.2008 - 11:36
“Neftçi” ardıcıl üç mövsüm titulsuz qalmasını rəsmiləşdirib
Bakı. Mehman Süleymanov – APA-Sport. Mayın 17-də keçirilən üç görüşlə Azərbaycan Premyer Liqasının XXV turuna start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, ilk oyun günü meydan sahibləri üçün uğursuz olub. Ev sahibləri qələbə qazana bilməmək azmış kimi, heç qol da vura bilməyiblər. İlk oyun günündə qol vuran və qələbə qazanan yeganə komanda olan “Bakı” autsayder Bərdənin ABN klubunu darmadağın etməklə ilk dövrədə öz meydanında xal itkisinin (0:0) əvəzini çıxıb. Bununla da makedoniyalı mütəxəssis Qyoko Hacievskinin çalışdırdığı paytaxt klubu üç aylıq fasilədən sonra ilk qələbəsini qazanıb. Maraqlıdır ki, “Bakı” ikinci dövrədə hər üç qələbəsini böyük hesabla (qol buraxmadan) əldə edib. ABN maliyyə problemləri üzündən əsas futbolçularının meydana çıxmaqdan imtina etdiyi cari mövsümdə öz meydanında sonuncu görüşündə darmadağın olmaqla, Premyer Liqanı debüt mövsümündəcə tərk etməsini rəsmiləşdirib. Günün digər iki görüşündə ilk dövrədə olduğu kimi, qolsuz bərabərliklər qeydə alınıb. Ardıcıl ikinci səfər matçını (bunadək Qaxda “Simurq”la ) 0:0 hesabı ilə olan başa vuran Premyer Liqanın lideri “Olimpik” yenə xal itirsə də, tarixində ilk çempionluğa lap yaxınlaşıb. Əsgər Abdullayevin çalışdırdığı komandaya qızıl medallar uğrunda mübarizədə qalib olmaq üçün mayın 27-də “Qarabağ”la “Şəfa” stadionunda keçiriləcək son turda bir xal da kifayət edəcək. Lənkəranda son oyununda azarkeşlərini qələbə ilə sevindirə bilməyən “Xəzər-Lənkəran” isə bu xal itkisi ilə bürünc mükafatçı olmaq şansını da, demək olar, itirib. Son turda ABN-i qəbul edəcək “Neftçi” qələbə qazanmaqla 3-cü yerin sahibi olacaq. Ukraynalı mütəxəssis Anatoli Demyanenkonun çalışdırdığı komanda “Olimpik”in qazandığı bir xalla çempionluğa nəzəri şansını da itirib. Bununla da “Neftçi” son üç mövsümü titulsuz başa vurmasını rəsmiləşdirib. Qeyd edək ki, flaqman sonuncu dəfə 2005-ci ildə hazırda “Xəzər-Lənkəran”ın baş məşqçisi olan Ağasəlim Mircavadovun rəhbərliyi altında Azərbaycan çempionu olub.

17 may
ABN – Bakı – 0:4

Stanislav Baçev, 25, Eli Sisse, 49, Amiran Miciri, 54, Elnur Abdullayev, 78
“Qarabağ” – “Neftçi” – 0:0
“Xəzər-Lənkəran” – “Olimpik” – 0:0


Turnir cədvəli


 

Klub

o

q

h

m

t

x

1

Olimpik

25

17

7

1

29-6

58

2

İnter

24

16

4

4

48-18

52

3

Neftçi

25

15

7

3

39-18

52

4

Xəzər-Lənkəran

25

14

9

2

43-15

51

5

Qarabağ

25

10

8

7

24-16

38

6

Qəbələ

24

11

2

11

32-31

35

7

Simurq

24

9

7

8

29-23

34

8

Bakı

25

8

10

7

33-24

34

9

Masallı

24

7

5

12

25-38

26

10

Standard

24

6

8

10

31-24

26

11

Karvan

24

6

4

14

21-31

22

12

Turan

24

4

5

15

19-45

17

13

Gənclərbirliyi

24

4

2

18

19-62

14

14

ABN

25

2

6

17

12-53

12



Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 17, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”) - 11.
Qeyd edək ki, XXV tura bu gün keçiriləcək “Gənclərbirliyi” – “İnter”, “Qəbələ” – “Masallı”, “Karvan” – “Simurq” və “Turan” – “Standard” oyunları ilə yekun vurulacaq.
0