Azərbaycanı qəbul edəcək Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb
19.05.2008 - 10:00
Azərbaycanı qəbul edəcək Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İyunun 1-də beynəlxalq yoldaşlıq oyununda Azərbaycan milli komandasının rəqibi olacaq Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Meho Kodronun istefasından sonra yığmaya müvəqqəti rəhbərlik edən Daniel Piriç bu qarşılaşmaya Bosniya və Herseqovina çempionatında çıxış edən bir futbolçu çağırıb. Yerli federasiya yeni məşqçinin kimliyinə millimizlə oyundan sonra - iyunun 4-də aydınlıq gətirmək fikrindədir. Millinin aparıcı oyunçularından Zlatan Muslimoviç və Hasan Salihamiciç bu dəfə komandadan kənar qalıb.

Qapıçılar: Kenan Hasaciç (“İstanbul BB”, Türkiyə), Almir Tolya (“Səba”, İran).

Müdafiəçilər: Samir Merziç (“Tepıitse”, Çexiya), Cemal Berberoviç (“Liteks”, Bolqarıstan), Saşa Papaç (“Reyncers”, Şotlandiya), Emir Spahiç (“Lokomotiv”, Rusiya), Safet Nadareviç (“Zaqreb”, Xorvatiya), Branimir Bajiç (“Partizan”, Serbiya).

Yarımmüdafiəçilər: Senyad İbriçiç (“Dinamo”, Xorvatiya), Elvir Rahimiç (MOİK, Rusiya), Sanel Yahiç (“Aris”, Yunanıstan), Zvezdan Misimoviç (“Volfsburq”, Almaniya), Admir Vladaviç (“Jilina”, Slovakiya), Darko Maletiç (“Partizan”, Serbiya), Seyad Salihoviç (“Offenhaym”, Almaniya), Mirko Hrqoviç (“Cef Yunayted”, Yaponiya), Dario Damyanoviç (“Luç Enerji”, Rusiya), Branislav Kruniç (“Moskva”, Rusiya), Miralem Pyaniç (“Lion”, Fransa).

Hücumçular: Edin Dzeko (“Volfsburq”, Almaniya), Bubakar Dialiba (“Jelezniçar”), Zelimir Terkeş (“Zadar”, Xorvatiya).

Qeyd edək ki, iyunun 1-də keçiriləcək qarşılaşma Zenitsa şəhərində keçiriləcək.
0