Elmar Xeyirovun komandası UEFA kubokuna vəsiqə qazanıb
19.05.2008 - 10:05
Elmar Xeyirovun komandası UEFA kubokuna vəsiqə qazanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın gənclərdən ibarət milli komandasının oyunçusu Elmar Xeyirovun çıxış etdiyi Belarusun “MTZ-RİPO” klubu UEFA kubokuna vəsiqə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 21 yaşlı yarımmüdafiəçinin komandası ölkə kubokunu qazanmaqla, buna nail olub. Belarus kubokunun final matçında “Şaxtyor”u 2:1 hesabı ilə məğlub edən minsklilər tarixində ikinci dəfə bu titulu qazanıb.
Qeyd edək ki, 21 yaşlı müdafiəçiyə kimi digər iki oyunçumuz Saşa Yunisoğlu və İlqar Qurbanovun çıxış etdiyi komandalar – müvafiq olaraq Polşanın “Qrotslin” və Türkiyənin “Sivasspor” klubları da Avropa kuboklarına vəsiqə qazanmışdı.
0