Hüseyn Məhəmmədov: “Mövsüm ərzində üç baş məşqçi ilə çıxış etmək “Neftçi”nin nəticələrinə mənfi təsir göstərdi”
19.05.2008 - 14:27
“Qarabağ”la son turun görüşündə adı “18-lik”də olmamasını əzələsinin dartılması ilə izah edən H.Məhəmmədov komandadakı vəziyyətin ürəyincə olmadığı bildirib: “Özümü ehtiyat qapıçı saymıram. Bu, heç yaşıma da uyğun deyil. Bu səbəbdən “Neftçi”dən gedirəm. İndi yalnız müqaviləmin müddətinin bitməsini gözləyirəm ki, azad agent kimi yeni klubla bağlı seçimimi edə bilim”. Qapıçı “Neftçi”nin uğursuz çıxış etməsinin səbəblərinin kənardan göründüyünü də bildirib. H.Məhəmmədovun sözlərinə görə, bunu bir neçə amillə bağlamaq olar: “Mövsüm ərzində 3 baş məşqçi ilə çıxış etmək öz mənfi təsirini göstərdi. Bundan başqa, komandaya sabitlik və oyun nizam-intizamı çatmırdı. Üstəlik, meydanda olan 11 futbolçunun hamısı eyni dərəcədə əzmkar və həvəslə oynamır. Bəzi mövqelərdə çıxış edən oyunçular tam qüvvə sərf etsə də, bunu hamıya şamil etmək olmur”.
Qeyd edək ki, ilyarım əvvəl “Neftçi”yə qayıdan H.Məhəmmədov Premyer Liqada komandanın heyətində 11 oyuna çıxıb və 7 qol buraxıb. 2003-05-ci illərdə flaqmanla iki dəfə ölkə çempionu olan qapıçı bakılıların heyətində 51 matçda 27 top buraxıb.

0
0