“Neftçi” yeni antirekord müəyyənləşdirib
19.05.2008 - 15:04
Sonuncu dəfə 2004/05 mövsümündə Premyer Liqanın qalibi olan bakılılar növbəti üç ildə keçirilən 6 turnirin heç birində ən yaxşı olmayıb. Flaqman tarixi ərzində 3 dəfə Azərbaycan çempionluğu və kubokunu iki mövsüm qazana bilməyib. 1992 və 1995/96 mövsümlərində qızıl medallara sahib olan “Neftçi” uğurun ardından gələn iki illik titulsuzluğa 1994/95 və 1998/99-da qazanılan ölkə kuboku ilə son qoymuşdu. Doqquz il əvvəl əldə olunan kubokdan sonra iki uğursuz mövsüm 2003/04-ün “Qızıl dubl”u ilə bitmişdi. “Neftçi” 4-cü titulsuz seriyası qıra bilməməklə, yeni antirekordunu müəyyənləşdirib.
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
0
0