“İnter” Portuqaliyanın “Santa-Klara” klubundan müdafiəçi transfer edib
20.05.2008 - 12:57
“İnter” Portuqaliyanın “Santa-Klara” klubundan müdafiəçi transfer edib
“Bakıya gələn bu futbolçu ilə il yarımlıq müqavilə bağlamışıq. Hələ qış fasiləsindən maraq dairəmizdə olan Danildo Türkiyədəki təlim-məşq zamanı düşərgəmizə gəlmişdi. Baxışa gələn müdafiəçi Moskvanın “Torpedo” klubu ilə yoxlama oyununda meydana çıxmışdı. Portuqaliyanın aşağı liqasında “Santa-Klara” klubunda çıxış edən 27 yaşlı Danildo səviyyəli futbolçudur”. Müdafiəçi rusiyalıların da maraq dairəsində olub. Hətta “İnter” rəhbərliyi ilə əlaqə saxlayan Moskvanın “Dinamo” klubu braziliyalı üçün yarım milyon dollar verməyə hazır imiş: “Dinamo”dan bizə təklif etdiyi məbləğə iki səviyyəli futbolçu transfer edə bilərdik. Moskva klubu maraq dairəmizə düşən Danildonu artıq transfer etdiyimiz zənn edirdi. Əslində isə “Dinamo” bizə müraciət edən zamanı Assioli bizə məxsus deyildi. Futbolçunu mövsüm başa çatmamış transfer etməklə, ələ keçirdik. Son illərdə Portuqaliyada yaşayan braziliyalı mövsümə hazırlığa başladığımız zamanı sıralarımıza qoşulacaq”.
Qeyd edək ki, son mövsümdə öz komandasında bütün 30 oyunda meydana çıxan D.Assioli 1 qol vurub, 4 sarı vərəqə alıb.


0