Sabah Azərbaycan kubokunun qalibi bəlli olacaq
23.05.2008 - 11:33
Sabah Azərbaycan kubokunun qalibi bəlli olacaq
Komandalar indiyədək kubokda da üz-üzə gəlib ki, hər iki matçlar yarımfinal mərhələsinə təsadüf edib.
Kuboku da nəzərə alsaq, indiyədək baş tutan oyunların balansı bərabərdir. Belə ki, hər iki komanda hərəyə 3 qələbə qazanıb, 6 görüş heç-heçə başa çatıb: topların fərqi 10-10. Valentin Xodukin “İnter”in baş məşqçisi olduğu iki ildə “Xəzər-Lənkəran” üzərində qələbə qazanmayıb. Ancaq hələlik titul üzünə həsrət qalan paytaxt klubunun uğursuzluq sindromu V.Xodukindən də əvvələ təsadüf edir. Yəni, “İnter” 976 gündür lənkəranlıları üstələyə bilmir. Maraqlıdır ki, bakılılar rəqibi üzərində sonuncu qələbəsini (2:0) Tofiq Bəhramov adına Respublika stadionunda qazanıb. 2005-ci ilin sentyabrın 11-də baş tutmuş həmin qarşılaşmadan sonra “Xəzər-Lənkəran”ın türkiyəli baş məşqçisi Rasim Kara istefaya göndərilib.

“Xəzər-Lənkəran” – “İnter”: bütün oyunlar

Mövsüm

Turnir

Bakıda

Lənkəranda

2004/05

Çempionat

0:1

0:0

2004/05

Kubok

1:2

1:1

2005/06

Çempionat

0:2

1:1

2006/07

Çempionat

0:0

0:0

2006/07

Kubok

1:0

1:0

2007/08

Çempionat

2:2

3:1

0