Zeynal Məmmədov: “Turan”a xal vermək fikrimiz yoxdur”
26.05.2008 - 18:07
Zeynal Məmmədov: “Turan”a xal vermək fikrimiz yoxdur”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Qyoko Hacievskinin yoxluğu “Turan”la sabahkı matçda bizə ciddi problem yaratmamalıdır. Onun əsas köməkçisi olan Asif Əliyev, habelə həmyerliləri komandamızı oyuna hazırlaşdırır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib. Z.Məmmədov Premyer Liqada qalmaq uğrunda “Turan”la Bakıdakı oyunda qələbə qazanmağı qarşıya məqsəd qoyduqlarını bildirib: “Bu oyunda rəqibə xal verəcəyimizlə deyilənlər boş söhbətdir. Danışılmış oyunlarda iştirak etməyən “Bakı” öz təmiz adını bu dəfə qorumaq fikrindədir. Heç kimə, o cümlədən “Turan”a güzəştə getmək niyyətimiz yoxdur. Heyətimizdə itkilər olsa belə, “Xəzər-Lənkəran”la səfər matçında xal qazana bildik. Son oyunlarda da gənc futbolçulara şans vermişik, heç bir faciə də baş verməyib”.
Qeyd edək ki, “Turan” “Bakı” ilə oyunda uduzmayacağı halda, Premyer Liqada qalmasını rəsmiləşdirəcək.
0