“Neftçi” klubunun yeni futbolçusu Bolqarıstanın ən yaxşısı seçilib
27.05.2008 - 10:58
“Neftçi” klubunun yeni futbolçusu Bolqarıstanın ən yaxşısı seçilib
Bolqarıstanda hər il keçirilən ənənəvi sorğunun son qalibi olan M.Dafçev səsvermədə 57 xal toplayıb. O, Velizar Dimitrov (MOİK), Danail Borimirov, Stanislav Angelov (hər ikisi “Levski”) kimi orta sahə oyunçularını arxada qoyub. Bolqarıstanın ən yaxşı yarımmüdafiəçisi ən yaxın izləyicisi olan MOİK-li futbolçunu 27 xal qabaqlayıb.
2007-ci ilin Bolqarıstanın ən yaxşı orta sahə oyunçusu bu adı qazandığı mövsümü uğurlu keçirib. UEFA kubokunda “Renn”lə (Fransa) oyunda qol vurmaqla yanaşı, yarımmüdafiəçi yığmanın seçmə mərhələdəki son görüşlərinə dəvət alıb. Lakin zədəsi 3 ildən sonra milliyə qayıdan M.Dafçevin Rumıniya və Sloveniya ilə görüşlərdə iştirakına imkan verməyib.
0