Daniel Piriç: “Azərbaycanla yoldaşlıq oyununda kimə güvənəcəyimi bilmirəm”
27.05.2008 - 12:29
Daniel Piriç: “Azərbaycanla yoldaşlıq oyununda kimə güvənəcəyimi bilmirəm”
İyunun 1-də Zenitsa şəhərində Azərbaycan yığmasını qəbul edəcək bosniyalıların çalışdırıcısı çətin vəziyyətdə olduğunu gizlətməyib: “Ölkə çempionatının son turu mayın 31-də - şənbə günü keçiriləcək. Ertəsi gün isə milli komandanın oyunudur. Belə vəziyyətdə kimi çağıracağımı bilmirəm. Yoxlama matçı razılaşdırılanda durumun belə olacağı gözlənilmirdi. Branislav Kruniç və Almir Tolyanın ardından Darko Maletiçlə Edin Dzeko da yığmaya gəlməkdən imtina edib. Elə anormal vəziyyət yaranıb ki, nə edəcəyimi bilmirəm. Artıq açıqladığım heyətdən 9 nəfər Azərbaycanla oyuna gəlməyəcəyini təsdiqləyib. Daha sonra nə olacağı da bəlli deyil”.
0