Svilen Semyonov: “Azərbaycan çempionu biz olacağıq”
27.05.2008 - 14:54
Svilen Semyonov: “Azərbaycan çempionu biz olacağıq”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Çoxları “İnter”in çempionluq şansının bitdiyini düşünür. Lakin mən belə fikirləşmirəm. Fikrimcə, biz çempion olacağıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun qapıçısı Svilen Semyonov deyib. 34 yaşlı bolqarıstanlı futbolçu karyerasında ilk titulu Azərbaycanda qazanacağına inanır: “Ölkə kubokunun finalında məğlub olduq. Əvəzində çempion adını biz qazanacağıq. Bunun reallaşacağına inanıram. İlk növbədə “Qəbələ”ni məğlub etməliyik. Bizim oyuna qədər keçirilən görüşdə niyə də “Qarabağ” “Olimpik”ə qalib gəlməsin? Bu futboldur və hər şey ola bilər. Mən də “Qarabağ”ın qələbə qazanmaq gücündə olduğunu düşünürəm”.
0