Azərbaycan Premyer Liqasını tərk edən hər iki klub müəyyənləşib
27.05.2008 - 18:01
Azərbaycan Premyer Liqasını tərk edən hər iki klub müəyyənləşib
Son turun açılış matçlarında Bərdənin ABN klubundan sonra Premyer Liqanı tərk edəcək ikinci komanda da müəyyənləşib. Bu, son 4 mövsümdə güclülər dəstəsində mübarizə aparan Sumqayıtın “Gənclərbirliyi” klubu olub. “Turan”ın “Bakı” ilə səfər matçında qazandığı xal “Gənclərbirliyi”nin “Standard”la “Şəfa” stadionundakı görüşünün nəticəsini formallığa çevirib. Nəinki ikinci dövrədə, tarixində ən zəif göstəriciyə malik olan Yevlaxın “Karvan” klubu mövsümü böyük hesablı məğlubiyyətlə başa vurub.

“Masallı” – “Karvan” – 4:1
Huqo Santos, 26, Teymur Dadaşov, 35, Vüqar Nadirov, 52, 70 – Samir Abdulov, 77

“Standard” – “Gənclərbirliyi” – 3:2
Anhel Qutyerres, 23, Dan Pisla, 60, Oqnen Paripoviç, 65 – İsmayıl Məmmədov, 69, Tomislav Staniç, 80

“Bakı” – “Turan” – 2:2
Fernando Peres, 50, 84 – İrakli Beraya, 5, 19

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

25

17

7

1

29-6

58

2

İnter

25

17

4

4

51-18

55

3

Neftçi

25

15

7

3

39-18

52

4

Xəzər-Lənkəran

25

14

9

2

43-15

51

5

Qarabağ

25

10

8

7

24-16

38

6

Qəbələ

25

11

3

11

33-32

36

7

Simurq

25

9

8

8

30-24

35

8

Bakı

26

8

11

7

35-26

35

9

Standard

26

8

8

10

36-26

32

10

Masallı

26

8

6

12

30-40

30

11

Karvan

26

5

5

15

23-36

23

12

Turan

26

4

6

16

21-49

18

13

Gənclərbirliyi

26

4

2

20

21-68

14

14

ABN

25

2

6

17

12-53

12



Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 18, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”), Valter Quqlemon (“İnter”) - 11.

Mövsümə sabah keçiriləcək “Simurq” – “Xəzər-Lənkəran”, “Olimpik” – “Qarabağ”, “İnter” – “Qəbələ” oyunları ilə yekun vurulacaq. ABN “Neftçi” ilə səfər matçına gəlmədiyi üçün, bu komandaların görüşü baş tutmayacaq.
0