Ramiz Məmmədov Cənubi Amerikaya gedir
29.05.2008 - 14:43
Ramiz Məmmədov Cənubi Amerikaya gedir
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov Cənubi Amerikaya səfərə hazırlaşır. “APA-Sport” agentliyinin məlumatına görə, 40 yaşlı mütəxəssis yaxın günlərdə Braziliya və Argentina çempionatının oyunlarını izləmək üçün vətəni tərk edəcək. Seleksiya xarakterli səfərə çıxan R.Məmmədov menecerlərin təklif edəcəyi oyunçuların nəyə qadir olduğunu baxışda deyil, rəsmi matçlarda görməyi lazım bilir. Elə bu səbəbdən bir neçə qarşılaşmanı izləyəcək çalışdırıcı iyunun ilk günlərində okeanın o tayına gedəcək. “Qəbələ”nin baş məşqçisi əvvəllər də oyunçu seçimi ilə əlaqədar Azərbaycanı tərk edib. O, qışda bu məqsədlə Hollandiya və Belçika çempionatlarının oyunlarını da izləmişdi.
0