Andorra - Azərbaycan matçı portuqaliyalı hakimlərə tapşırılıb
03.06.2008 - 09:36
Andorra - Azərbaycan matçı portuqaliyalı hakimlərə tapşırılıb
Komandaları oyuna 35 yaşlı FİFA referisi Duarte Nuno Pereyra Qomes çıxaracaq. Yan xətt hakimi funksiyasını onun həmyerliləri Serafim Baya Noqeyra və Alfredo Auqusto Fernandes Braqa yerinə yetirəcəklər. Qarşılaşma Andorranın paytaxtı Andorra la Vellanın “Estadi Komual” stadionunda keçiriləcək. Start fiti Bakı vaxtı ilə saat 00:00-da çalınacaq görüşün “Lider” TV vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
Qeyd edək ki, milli komandamızın Andorra ilə indiyədək keçirdiyi hər iki matç heç-heçə nəticələnib (24 iyun 1998-ci il - 0:0; 10 fevral 2000-ci il - 0:0).
0