Mövsümün ən intizamlı və intizamsızları kimdir?
03.06.2008 - 16:10
Qalan cərimələr aşağı divizion təmsilçiləri və futzal komandalarının hesabındadır. Təxminən 10 ayı əhatə edən dövrdə NİK 39 yığıncaq keçirib. Cərimə ödəyən klublar arasında aşkar “lider” “Xəzər-Lənkəran”dır. Cənub klubu kubok və çempionat oyunlarında baş verənlərə görə 52000 manat cərimələnib. Mövsümün ilk yarısı ilə müqayisədə nizam-intizamı az qala 7,5 dəfə artan lənkəranlılar qış fasiləsindən sonra cəmi 6000 manatlıq qayda pozuntusu edib. Bu da azarkeşlərin 3 dəfə meydana kənar əşyaların atmasının nəticəsində olub. Ümumilikdə, “Xəzər-Lənkəran” təkcə azarkeşlərinin çılğınlığından ötrü 18 min manat ziyana düşüb. Cərimənin böyüklüyünə görə ikinci olan “Turan” nəinki lənkəranlılardan təxminən 4 dəfə geri qalır, hətta cənublu azarkeşlər qədər də intizamsızlıq etməyib. Tovuzlulara əsas ziyanı mövsüm ərzində iki dəfə texniki zonadan qovulan baş məşqçi Sakit Alıyev vurub. İkinci cəzadan sonra istefa verən çalışdırıcı tovuzlular 8 min manat cərimələnib. İkinci dövrənin ən intizamsız komandaları olan ABN və “Karvan” da məşqçilərinin hərəkətlərindən əziyyət çəkib. Mövsümün ilk yarısında ən intizamlı olan bərdəlilər qış fasiləsindən sonra ən ağır cəzalara məruz qalıblar. Oyuna getməmək üçün 5, baş məşqçinin hərəkəti üçün 4 min manat autsayderin büdcəsinə təsir edib. Yevlax təmsilçisinin isə iki məşqçisi – Mehman Yunusovla Nadir Şükürov klubunu 8 min manat ziyana salıb. Elə “Simurq”un ukraynalı baş məşqçisi Roman Pokora da 4000 manat cərimələnməklə, həmkarlarından geri qalmayıb.
“Neftçi” və “Qəbələ” klubları da ikinci dövrədə azarkeşlərinin hərəkətlərinə görə məsuliyyət daşıyıb. Amma bu iki komanda daha çox sarı vərəqə limitindən əziyyət çəkib. Onların hər biri, həmçinin “Gənclərbirliyi” təkcə 2008-ci ilin 4 matçında 4-dən artıq xəbərdarlıq alması ucbatından cərimə olunub. Sumqayıtlılar həm də “Olimpik” kimi 4 futbolçusunun meydandan qovulmasından ziyana düşüb. “Bakı”da isə qırmızı vərəqə alanların sayı daha çox – 5 nəfər olub. Təbii ki, hər meydandan qovulan oyunçusu klubunu həm meydanda, həm də maddi mənada zərbə altına qoyub. Həm mövsümün, həm də ikinci dövrənin ən intizamlı komandası Ağdamın “Qarabağ” klubu olub.

yer | klub | Cəmi | 1-ci dövrə | 2-ci dövrə |
1 | “Xəzər-Lənkəran” | 52000 | 46000 | 6000 |
2 | “Turan” | 17000 | 11000 | 6000 |
3 | “Qəbələ” | 16800 | 11400 | 5400 |
4 | “Karvan” | 16600 | 5200 | 11400 |
5 | “Masallı” | 16000 | 13000 | 3000 |
6 | ABN | 14400 | 1400 | 13000 |
7 | “Simurq” | 13800 | 5600 | 8200 |
8 | “Neftçi” | 13000 | 4000 | 9000 |
9 | “İnter” | 12400 | 8200 | 4200 |
10 | “Bakı” | 10600 | 5000 | 5600 |
11 | “Gənclərbirliyi” | 10000 | 5200 | 4800 |
12 | “Standard” | 10000 | 8600 | 1400 |
13 | “Olimpik” | 9400 | 2000 | 7000 |
14 | “Qarabağ” | 6400 | 5200 | 1200 |
0
0