Xorvatiya yığmasının qapıçısı: “Bakı iki-üç ildən sonra ikinci Dubay olacaq”
03.06.2008 - 16:14
Xorvatiya yığmasının qapıçısı: “Bakı iki-üç ildən sonra ikinci Dubay olacaq”
“APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Bakı”nın yeni qapıçısı Marko Sarliya deyib. Paytaxt təmsilçisinin Xorvatiyanın “İnter” klubundan transfer etdiyi 27 yaşlı qapıçı bildirib ki, Bakıda gördüklərindən təəccüblənib: “Bakı haqqında məlumatım vardı. Bilirdim ki, sürətlə inkişaf edən bir ölkəyə gedirəm. Burada oynayan dostum Ernad Skuliç mənə hər cür informasiya verib. Şəhəri gəzmişəm. Gözlərimə inana bilmədim. Məncə, Bakı iki-üç ildən sonra ikinci Dubay olacaq”. M.Sarilya “Bakı”nın seneqallı qapıçısı Xalidu Sissoko ilə rəqabətə hazır olduğunu vurğulayıb: “Bilirəm ki, burada Seneqal millisinin üzvü olan qapıçı var. Amma mən ondan güclü olduğumu sübut etməliyəm. Mən də milli komandalarda oynamışam. Əsas komandaya düşmək şansım da var. Xorvatiya millisinə baxsanız, orada xüsusilə qapıçılarla bağlı necə böyük rəqabət olduğunu görərsiniz”.
0