Vadim Borets: “Hacievski necə məşqçi olduğunu “Neftçi” ilə oyunda sübut edib”
04.06.2008 - 17:54
Vadim Borets: “Hacievski necə məşqçi olduğunu “Neftçi” ilə oyunda sübut edib”
“İki il öncə Moskvada bu turnirin qalibi olduğum dövr karyeramda ən unudulmaz anlardan biri idi. Finalda Litva çempionunu məğlub etdiyimiz görüşdə gözəl qola imza atmışdım. “Neftçi”dən qarşılıqlı razılıq əsasında ayrıldıq. Bir sıra variantlar olsa da, sonda “Bakı”nı seçdim. Hesab edirəm ki, bu kluba uyğunlaşmaqda problem olmayacaq. Artıq iç ildir Bakıda yaşayıram. Bundan əlavə, “Neftçi”də ötən mövsüm komanda yoldaşlarım olan Ramin Quliyev, Ramazan Abbasov və Ramal Hüseynov də “Bakı”ya keçir”. Moldova yığmasının sabiq oyunçusu yeni klubuna keçidinin bu gün rəsmiləşdiyini söyləyib. V.Borets Azərbaycanda qazana bilmədiyi titulu “Bakı” ilə əldə etmək iddiasındadır: “Bu gün klubun baş meneceri Zeynal Məmmədovla görüşüm oldu və iki illik müqavilə imzaladıq. Komandanın qarşısına çempionluq və kuboku qazanmaq vəzifəsi qoyulub. Hacievskinin Azərbaycan yığmasını çalışdırdığı vaxtda Finlandiya ilə səfər matçında izləmişdim. Həmin görüşdə onun komandası çox xoşuma gəlmişdi. Hacievski necə mütəxəssis olduğunu ötən mövsüm “Neftçi” ilə oyunda göstərdi”.
0