Qazaxıstan Futbol Federasiyası Azərbaycan çempionunu Karaqandaya beynəlxalq turnirə dəvət edib
04.06.2008 - 17:57
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə dördqat Azərbaycan çempionu “Araz” klubu Qazaxıstanın Karaqanda şəhərində təşkil olunacaq beynəlxalq turnirə dəvət alıb. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın futzal komitəsinin sədri Habil Qurbanov məlumat verib. Avqustda keçiriləcək yarış “Araz” üçün UEFA kubokuna hazırlıq xarakteri daşıyacaq. Turnirdə yerli “Kayrat” və Rusiyanın “Spartak” kimi güclü klublarının iştirakı da nəzərdə tutulub. “Araz”ın rəqibləri hələlik müəyyənləşməyib. Qazaxıstan Futbol Federasiyası beynəlxalq turnirin reqlamenti və iştirakçılar barədə ətraflı məlumatı AFFA-ya yaxın günlərdə göndərəcək.
0
0