Marçin Borski “Neftçi” klubu üçün arzuolunmaz hakimdir
04.06.2008 - 18:26
Həmin vaxt cavab görüşündə fit çalan Miroslav Milevski ağdamlıları vərəqə ilə cəzalandırmasa da, 0:6 hesablı məğlubiyyət qeydə alıb. Ümumiyyətlə, avrokuboklarda daha iki matçda komandalarımızı meydana polşalı referi çıxarıb. Yeddi il əvvəl “Şəmkir”in Çempionlar Liqasında “Skonto” üzərində tarixi qələbəsini (4:1) qeydə alan Miroslav Ruşka 2004-cü ildə “Şiroki Briyeq” (Bosniya və Herseqovina) – “Neftçi” matçında (1:2) da baş hakim olub. M.Borskinin həmyerlisi bakılılara 3, şəmkirlilərə 4 sarı vərəqə göstərib.
“Neftçi”nin oyununa təyinat alan 35 yaşlı M.Borski Polşa çempionatında 1999/2000 mövsümündə debüt edib. 2006-cı ildən beynəlxalq dərəcəli hakimdir. Qitə kubokları miqyasında 4 oyuna çıxıb. Bu görüşlərdə meydan sahibləri bir dəfə də olsun qələbə qazanmayıb. M.Borskinin adı ilə bağlı sindromu qırmalı olan “Neftçi”yədək digər Qafqaz komandaları da polşalının təyinatına üzülüb. İki il əvvəl İntertoto kubokunda “Kilikiya” (Ermənistan) – “Dinamo” (Tiflis, Gürcüstan), UEFA kubokunda “Riyeka” (Xorvatiya) – “Omoniya” (Kipr) matçlarında müvafiq olaraq, 1:5 və 2:2 hesablarını qeydə alıb. Bir il əvvəl İntertoto kubokunun “Birkirkara” (Malta) – “Maribor” (Sloveniya), Çempionlar Liqasının “Olimpi” (Gürcüstan) – “Osiyek” (Xorvatiya) qarşılaşmalarında (0:3 və 0:0) meydan sahibləri heç qol da vura bilməyib. Meydan sahibləri üçün uğursuz hakim olan M.Borski 4 matçda 1 qırmızı, 22 sarı, Polşa çempionatının son mövsümündə idarə etdiyi 11 oyunda 6 qırmızı, 46 sarı vərəqə göstərib.
9 ay əvvəl keçirilən Azərbaycan və Yunanıstanın 21 yaşlılardan ibarət yığma komandalarının da oyununu M.Borski idarə edib. Həmin qarşılaşmada millimiz 0:2 hesabı ilə uduzub.

0
0