“Xəzər-Lənkəran” Mahir Şükürovu transferə çıxarıb
08.06.2008 - 11:47
“Xəzər-Lənkəran” Mahir Şükürovu transferə çıxarıb
Lənkəran. Mehman Süleymanov – APA-Sport. Azərbaycanı UEFA kubokunda təmsil edəcək “Xəzər-Lənkəran” klubu daha bir futbolçu ilə yollarını ayırmağa qərar verib. “APA-Sport” agentliyinin məlumatına görə, son iki mövsümdə Azərbaycan kubokunu qazanan komanda əsas heyət oyunçularından olan Mahir Şükürovla vidalaşıb. “Xəzər-Lənkəran”ın məşqçilər korpusu və rəhbərliyin birgə verdiyi qərara əsasən, 26 yaşlı müdafiəçi transferə çıxarılıb. Milli komandamızın da üzvü olan M. Şükürov “Xəzər-Lənkəran”a ötən mövsümün qış fasiləsində “İnter”dən keçib. Futbolçunun ikinci dövrədə şərəfini qoruduğu klubla hələ bir illik müqaviləsi olduğu üçün, o, sərbəst qaydada başqa kluba keçə bilməz.
Qeyd edək ki, “Xəzər-Lənkəran” bir az əvvəl üç hücumçusunu – Nadir Nəbiyev, Fil Dişi Sahilindən olan Yakuba Bamba və braziliyalı Roberto Santosu transferə çıxarıb.
0