“İnter” rəhbərliyi “Partizan” – “Lion” matçına dəvət alıblar
01.07.2008 - 17:55
“İnter” rəhbərliyi “Partizan” – “Lion” matçına dəvət alıblar
Nyon. Mehman Süleymanov - APA-Sport. Serbiyanın “Partizan” klubu Çempionlar Liqasında potensial rəqibi olan Bakının “İnter” komandasını Belqrada dəvət edib. Bu haqda “APA-Sport” agentliyinə “İnter” klubunun baş meneceri Rüstəm Abdullayev məlumat verib. Onun sözlərinə görə, “Partizan” rəsmiləri dəvəti İsveçrənin Nyon şəhərində ediblər: “Nyonda püşkatmanın nəticəsi bəlli olandan sonra “Partizan” rəhbərliyi bizə yaxınlaşdı. Onlar bizi Serbiyaya Fransanın “Lion” klubu ilə oyunu izləməyə dəvət etdilər. Bu komandaların iyulun 23-də Belqradda yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub. “Rabotniçki” ilə səfər oyununu iyunun 22-də keçirəcəyik. Bu mərhələni keçsək, “Partizan” – “Lion” oyunu izləmək üçün mütləq nümayəndəmizi göndərəcəyik”.
Qeyd edək ki, “İnter” ikinci mərhələyə çıxarsa, Serbiya çempionu ilə ilk görüşü iyulun 29-da Bakıda, cavab görüşünü bir həftə sonra Belqradda keçirəcək.
0