“Jerminal” klubunun rəsmi internet saytı “Neftçi” rəsmilərini “casus” adlandırıb
02.07.2008 - 09:58
“Jerminal” klubunun rəsmi internet saytı “Neftçi” rəsmilərini “casus” adlandırıb
Son sınaq qarşılaşmasının qolsuz bərabərliklə nəticələnməsi səbəbsiz olmayıb. Belə ki, “Jerminal” klubunun rəsmi internet saytının yazdığına görə, “Neftçi” nümayəndələri görüşü izləyənlər arasında olub: “Tribunalarda casuslar vardı. Hollandiyada təlim-məşq toplanışında olan “Neftçi” klubunun üç nümayəndəsi görüşü izləməyə gəlmişdi. Klubun vitse-prezidenti, mətbuat xidmətinin rəhbəri və baş məşqçinin köməkçisi stadionda idi. Xüsusilə, sonuncu burada olduqlarını hiss etdirirdi. Dosunmu Tosinin zərbəsindən sonra və Xalilu Fadiqanı görəndə onlar özlərini çox məyus göstərdilər”.
Qeyd edək ki, “Jerminal” daha bir futbolçu ilə müqavilə bağlayıb. Əvvəllər “Rozelar” klubunda forma geyinən Rokki Peters 3 il “Jerminal” komandasının şərəfini qoruyacaq.
0