Xaqani Məmmədov: “Babək Quliyevin göstəricisi xoşuma gəlmədi”
02.07.2008 - 12:34
Xaqani Məmmədov: “Babək Quliyevin göstəricisi xoşuma gəlmədi”
“Normativi vermək üçün 12 dəqiqəyə 2700 metr kross qaçmaq lazım idi. Ən aşağı göstəriciyə malik Arif Ağayevlə Zahid Musayev bu qədər qaçmaqla, normativin öhdəsindən gəldilər. Normativi verənlərdən 30-u baş hakim, 30-u isə yan xətt hakimi idi. Ən yaxşı göstəriciyə Əliyar Ağayev nail oldu. 3470 metr qaçmaqla, bütün həmkarlarını qabaqlayan 21 yaşlı Əliyar gələn mövsüm Premyer Liqa oyunlarına təyinat alacaq. FİFA hakimlərindən Babək Quliyevin göstəricisi xoşuma gəlmədi. Belə ki, cəmi 2730 metr qaça bildi. Fariz Yusifov isə 2890 metr qaçmaqla, ondan yaxşı nəticə göstərdi”. Bundan sonra hakimlər arasında rəqabət yaradılacağını vurğulayan X.Məmmədov onların qazancının artacağını da bildirib: “Daha yaxşı hazırlıqlı hakimlərə üstünlük veriləcək. Yeni mövsümdən baş hakimlərin qonorarı 400 manatdan 600 manatadək yüksəldəcək. Yan xətt və ehtiyat hakimlərin, eləcə də, hakim-inspektorlarla AFFA nümayəndələrinin də qonorarları artırılacaq. İyulun ikinci yarısında Qəbələdə hakimlər üçün təlim-məşq toplanışı keçirəcəyik. 62 hakimin yarısı baş hakim, yarısı yan xətt hakimləri olacaq. Test normativləri verənlər orada iştirak etmək hüququ qazanıb. Yeni mövsüm öncəsi son sınaqdan uğurla keçə bilməyən hakimlər Premyer Liqa və birinci divizion oyunlarına buraxılmayacaqlar”.
0