Azərbaycan FİFA-nın reytinq cədvəlində 6 pillə geriləyib
02.07.2008 - 13:05
Azərbaycan FİFA-nın reytinq cədvəlində 6 pillə geriləyib
Ancaq Andorranı səfərdə məğlub (2:1) etmək geriləmə ilə nəticələnib.
Milli komandamızın 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən yalnız Almaniya ilk “onluq”da yer alıb. Uzun fasilədən sonra 5-ci pilləni tərk edən almanlar 3-cü pilləyə yüksəlib. Avro-2008-nin bürünc mükafatçı olan Rusiya yığması 13 pillə irəliləyib. 11-ci pilləyə yüksələn rusların hesabında 1323 xal var. 8 pillə geriləyən Finlandiya (653 xal) 44-cü yerə düşüb. Uels yenə bir pillə geriləyib. Hesabında 578 xal olan uelslilər 53-cü pillədə qərarlaşıb. Lixtenşteyn yığması isə yenə Azərbaycanı qabaqlayır. Hesabında 233 xal olan lixtenşteynlilər iki pillə irəliləyib (129-cu yer). Cədvəldə xeyli fasilədən sonra lider dəyişib. Avropa çempionluğunu qazanan İspaniya yığması (1557) üç pillə irəliləməklə, Argentinanın uzun müddətlik hegemonluğuna son qoyub. 2-ci yerə yüksələn İtaliya yığmasının hesabında 1404 xal var. Türkiyə yığması (1010 xal) 6 pillə irəliləyərək, 14-cü yerdə qərarlaşıb.


0