Georgi Nikolov: “Verpakovskisin transferi üçün Kiyevin “Dinamo” klubuna 400 min avro ödəmək lazımdır”
04.07.2008 - 18:34
Bakı. Mehman Süleymanov - APA-Sport. Kiyevin “Dinamo” klubu latviyalı hücumçu Maris Verpakovskisin transferi üçün 400 min avro qiymət qoyub. Bu haqda “APA-Sport” agentliyinə Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, Latviya yığmasının 29 yaşlı futbolçusunu komandasında görmək istəyir: “Çempionlar Liqasında bizə səviyyəli, təcrübəli futbolçular lazımdır. Yeni transferimiz, uzun müddət Kiyevin “Dinamo” klubunda çıxış edən belaruslu yarımmüdafiəçi Valentin Belkeviç peşəkar futbolçu kimi özünü göstərdi. Onun transferi maddi baxımdan bizim üçün münasibdir. Belkeviçdən fərqli, Verpakovskisin “Dinamo” ilə müqaviləsi başa çatmadığı üçün transfer məbləği problem yaradır. Belə ki, bu transferə görə “Dinamo”ya 400 min avro ödəmək lazımdır. Marisin özünə də ödənilən pulu nəzərə alsaq, transfer məbləği 1 milyon dollara gəlib çıxır”.
Bu arada Latviya mətbuatı M.Verpakovskisin Azərbaycanda oynamaqdan imtina etdiyini yazıb.
Bu arada Latviya mətbuatı M.Verpakovskisin Azərbaycanda oynamaqdan imtina etdiyini yazıb.
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir
- “Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə
0
0