Azərbaycan Premyer Liqasının 2008/09 mövsümü avqustun 9-da başlayacaq
05.07.2008 - 11:09
Azərbaycan Premyer Liqasının 2008/09 mövsümü avqustun 9-da başlayacaq
Sentyabrda startı veriləcək Azərbaycan kuboku uğrunda görüşlər həftə içi baş tutacaq. Premyer Liqanın ilk dövrəsi dekabrın əvvəlində sona çatacaq və iki aylıq fasilədən sonra - 2009-cu ilin fevralında ikinci dövrə başlayacaq. Mövsümə mayın 28-də Azərbaycan Kubokunun final oyunu ilə yekun vurmaq planlaşdırılıb.
2009/10 mövsümündə isə ciddi dəyişiklərin olması nəzərdə tutulub. Belə ki, öncə reqlamentin dəyişdirilməsi və bununla bağlı xüsusi komissiya yaradılacaq. AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bu günkü iclasında 2009/10 mövsümündə komandaların sayının 12-yə endirilməsi təklifi ilə çıxış edib. Assosiasiya başçısının fikrincə, hazırda 14 komanda Premyer Liqa üçün çoxdur. 2009/10 mövsümündə yüksək liqa klublarının hərəsinin öz stadionun olması vacib şərt olacaq. Belə ki, eyni stadionunda birdən artıq komandanın oynamasına icazə verilməyəcək. Bununla bağlı Premyer Liqa təmsilçilərinə stadion problemini həll etmək üçün bir il vaxt verilib.


0