AFFA legioner limitini ləğv etdi - YENİLƏNİB
05.07.2008 - 12:40
AFFA legioner limitini ləğv etdi  - YENİLƏNİB
Baş katib Elxan Məmmədov, Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının almaniyalı baş məşqçisi Bernard Lippert tədbirdə qonaq qismində iştirak edirlər.
Toplantını giriş sözü ilə açan R.Abdullayev gündəlikdə duran məsələlər haqda məlumat verib. Üç saata yaxın davam edən müzakirələrdən sonra legionerlərə qoyulan limitin ləğv olunması haqda qərar çıxarılıb. Amma bu qərar eksperiment xarakteri daşıyacaq. Yəni limitin ləğvi qarşıdakı mövsümdə (2008/09) müsbət effekt verməzsə, sonrakı mövsüm öncəsi bu məsələyə yenidən baxıla bilər. Legionerlər üçün ödənilməli olan rüsumların 8000-dən 20000 manata artırılıb. Qarşıdakı mövsümdən Premyer Liqa klublarının əvəzedici komandaların keçirilməsi ilə bağlı qərar çıxarılıb. Əvəzedicilərin oyunları əsas komandaların görüşlərindən bir gün sonra keçirilməsi nəzərdə tutulub. Əvəzedici heyətin çıxışı əsas komandaya da öz təsirini göstərəcək. Məsələn, əvəzedicilər oyuna çıxmazsa, bir gün əvvəl görüşü keçirəcəyi əsas komandaya istənilən halda texniki məğlubiyyət veriləcək. Əvəzedici komandaların heyətində 21 yaşınadək 5 futbolçunun oynaması vacib şərtdir.
AFFA-nın baş katibi Elxan Məmmədovla müqavilənin bir illik uzadılması da öz təsdiqini tapıb. Almaniyalı mütəxəssis Oliver Pilzerin 15 yaşlılardan ibarət yığmamızın baş məşqçi postuna təyinatı, bundan əlavə, AFFA-nın Ekspert və Apelyasiya Komitəsinin birləşməsi ilə bağlı qərar çıxarılıb.
Qeyd edək ki, legionerlərə qoyulan limit müxtəlif vaxtlarda 5, “5+2”, “3+2”, ötən mövsümün ikinci dövrəsində isə “7+7” olub.









0