“Azəralüminium” QSC “Kəpəz” klubunu himayəyə götürüb
05.07.2008 - 14:17
“Azəralüminium” QSC “Kəpəz” klubunu himayəyə götürüb
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan futbol çempionatının son iki mövsümündə çıxış etməyən “Gəncə” klubuna yeni sponsor tapılıb. “APA-Sport” agentliyinin məlumatına görə, bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayev bu gün İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi brifinqdə açıqlama verib. Assosiasiya başçısı “Kəpəz” adı ilə tanınan komandaya Gəncə şəhərindəki “Azəralüminium” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) himayədarlıq edəcəyini bildirib: “Artıq bu məsələ həll edilib. “Şəmkir” klubuna da yeni sponsor tapılıb və yenidən çempionatda təmsil olunacaq. Sumqayıt kimi böyük şəhərin də çempionatda təmsilçisinin olması vacibdir. Biz Sumqayıtın futbolsuz qalmasını istəmirik və Premyer Liqada yerini itirən “Gənclərbirliyi” klubuna da sponsor tapılacaq. Ancaq Gəncə, Şəmkir və Sumqayıt təmsilçiləri istənilən halda, mübarizəyə birinci divizionda başlayacaq. Çünki onların birbaşa Premyer Liqaya buraxılması idman prinsiplərini ziddir”.
Qeyd edək ki, Azərbaycanın ikiqat çempionu olan Şəmkirin eyniadlı klubu maliyyə səbəbindən üç il öncə dağılıb.
0