Rövnəq Abdullayev: “Berti Foqts yığmamızı dünya çempionatının final mərhələsinə çıxaracağına söz versəydi, onu qeyri-ciddi məşqçi sayardım”
05.07.2008 - 14:18
Rövnəq Abdullayev: “Berti Foqts yığmamızı dünya çempionatının final mərhələsinə çıxaracağına söz versəydi, onu qeyri-ciddi məşqçi sayardım”
Bakı. Aqşin Əliyev - APA-Sport. “Berti Foqts milli komandamızı dünya çempionatının final mərhələsinə çıxaracağına söz versəydi, onu qeyri-ciddi məşqçi sayardım”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirdiyi brifinqdə deyib. Assosiasiya rəhbəri bildirib ki, milli komandamızın beynəlxalq yarışlarda bir məşqçinin sayəsində uğur qazanması qeyri-mümkündür: “Təkcə Berti Foqtsla iş bitmir. Yığmanın nailiyyətlər əldə etməsi üçün hamının bu işdə əməyi olmalıdır. Vaxtilə rusiyalılar da bizim günümüzdə idilər. Amma indi bu ölkənin milli komandası Avropa çempionatının bürünc medalını qazanır”. R.Abdullayev klublarımızın Avropa miqyaslı yarışlarda uğurlu çıxışına da inandığını vurğulayıb: “Neftçi” rəhbərliyi söz verib ki, Belçikadan ən azı heç-heçə ilə qayıdacaq. Bundan başqa, “İnter”, “Xəzər-Lənkəran” və “Olimpik”in də avrokuboklarda yaxşı nəticə göstərəcəklərinə ümidvaram”.
0