“Neftçi” “Jerminal”la səfər görüşündə üç rekord müəyyənləşdirib
07.07.2008 - 09:55
“Neftçi” “Jerminal”la səfər görüşündə üç rekord müəyyənləşdirib
Georgi Adamiya “Neftçi”də debüt matçını keçirən bolqarıstanlı Março Dafçevin ötürməsindən sonra fərqlənib və flaqmanın daha bir mərhələ adlamaq şansını artırıb. Belçikalıların ikinci hissədə qələbə topunu vurmaq üçün real imkanı olub. Ancaq yarımmüdafiəçi Didye Dedene penalti zərbəsindən yararlana bilməyib. Bununla da “Neftçi” avrokuboklarda səfərdə ilk dəfə heç-heçə edib. Flaqman qitə miqyaslı turnirdə son 6 oyunda meydanı qolsuz tərk etmir. Bu, Azərbaycan klubları üçün rekord göstəricidir. Komandamız avrokubokların ikinci mərhələsində çıxış edən təmsilçilərimiz arasında daha iki rekorda imza atıb. Belə ki, “Neftçi” həm ikinci mərhələnin ilk oyununda, həm də bu mərhələnin səfər görüşündə qol vuran ilk komandadır.
Qeyd edək ki, “Neftçi” ilə “Jerminal” arasında cavab görüşü iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0