“Jerminal” klubunun baş məşqçisi: “Neftçi” Belçika çempionatında ilk 5 komandadan biri ola bilər”
07.07.2008 - 10:01
“Jerminal” klubunun baş məşqçisi: “Neftçi” Belçika çempionatında ilk 5 komandadan biri ola bilər”
İntertoto kubokunun ikinci mərhələsinin ilk oyununda Bakının “Neftçi” klubu ilə 1:1 hesablı heç-heçə edən belçikalıların çalışdırıcısı komandasından razı qalıb: “Texniki cəhətdən çox güclü, eyni zamanda sürətli və yaxşı təşkil olunmuş komanda ilə qarşılaşırdıq. Çoxları “Neftçi”nin belə güclü olduğunu zənn etmirdi. Buna baxmayaraq, qələbə qazanmaq üçün kifayət qədər imkanlarımız oldu. Bundan yararlanıb Bakıya sərfəli nəticə ilə yollana bilərdik. Belə də isə ikinci hissədəki oyunumuza görə cəzalandıq. Fikir verib gördüm ki, biz yaxşı və ağıllı futbol oynasaq da, hücumların sonluğunu yaxşı başa çatdıra bilmirik. Nəticəyə baxmayaraq, oyunçularımdan razıyam. Etiraf edim ki, cavab oyunu ərəfəsində mərhələ keçmək şansımız 30-35 faizdir”.
Qeyd edək ki, “Neftçi” ilə “Jerminal” arasında cavab matçı iyulun 12-də keçiriləcək.
0