Azərbaycan çempionu UEFA-ya müraciət edib
08.07.2008 - 17:52
Azərbaycan çempionu UEFA-ya müraciət edib
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubu bu gün UEFA-ya rəsmi müraciət edib. Bu haqda “APA-Sport” agentliyinə klubun prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, qitə futbol qurumunu “Rabotniçki” ilə bağlı məlumatlandırmağı lazım bilib: “Rəqibimizin heyətində mövsüm bitəndən sonra köklü dəyişikliklər baş verib və bu, klub rəhbərliyinə də aiddir. Görünür, “Rabotniçki”nin hazırkı rəhbərliyinin təcrübəsizliyi öz sözünü deyir. Belə ki, mütəmadi əlaqə saxladığım Skopye klubundakı həmkarım Draqan Popovski ilə Azərbaycana səfərləri ilə bağlı lazımi məlumatları göndərməklə bağlı müraciət etmişəm. Sonda makedoniyalılardan xəbər çıxmadığını görüb, UEFA-ya müraciət etdik. Bu, daha çox diplomatik xarakter daşıyırdı. Yəni, yaranmış vəziyyət haqda qitə futbol qurumunu məlumatlandıraraq, narahatçılığımızı ifadə etdik. Bu, öz effektini verdi və “Rabotniçki”dən məlumatlar daxil olmağa başlayır”.
0