Bakının “Standard” klubu Rusiya çempionu ilə müqavilə bağlayıb
08.07.2008 - 18:11
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “Standard” klubu daha bir transfer reallaşdırıb. Bu haqda “APA-Sport” agentliyinə klubun təsisçilərindən olan Kamil Məmmədov məlumat verib. Onun sözlərinə görə, 27 yaşlı rusiyalı hücumçu Alan Kusovun keçidi artıq rəsmiləşib: “Kusovla bu gün bir il müddətinə müqavilə bağladıq”.
Karyerasının böyük hissəsini Vladiqafqaz şəhərinin “Alaniya” klubunda keçirən A.Kusov 2003-cü ildə Moskva MOİK-nin heyətində Dmitri Kramarenko ilə birgə Rusiya çempionatının qızıl medallarını qazanıb. Hücumçu az öncə Bakının “İnter” klubunun Türkiyədəki toplanışına qatılsa da, baş məşqçisi Valentin Xodukin onu bəyənməyib.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0