Mehmet Aurelio İspaniyanın “Betis” klubuna keçib
09.07.2008 - 10:43
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Türkiyə milli komandasının yarımmüdafiəçisi Mehmet Aurelio İspaniyanın “Betis” klubu ilə anlaşıb. “APA-Sport” agentliyinin İspaniya mətbuatına istinadən məlumatına görə, Avropa çempionu olan ispaniyalı Dani Quizanı transfer edən Türkiyənin “Fənərbaça” klubu Braziliya əsilli milli oyunçusunu itirib. M.Aurelionun komandaya keçidinin klub tərəfindən gizli saxlanmasının səbəbi daha bir transferin gerçəkləşməsi gözləməklə bağlıdır. Belə ki, rəhbərlik bundan sonra hər iki oyunçu üçün təqdimat mərasimini keçirmək istəyir. İspaniya mətbuatı braziliyalı yarımmüdafiəçinin ildə 1,2 milyon avro qazanacağını iddia edir. Bəzi mənbələr futbolçunun 2, digərləri isə “3+1” il müddətinə müqavilə bağladığını bildirir. İkinci varianta əsasən, “Betis”də üçüncü mövsümündə 25-dən çox oyun keçirəcəyi halda bir il komandanın sıralarında qalacaq.
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı
- Romao Rusiya klubunda - RƏSMİ
0
0