“Barselona” Ronaldinyonu Pekin Olimpiadasına buraxmayacaq
09.07.2008 - 12:05
“Barselona” Ronaldinyonu Pekin Olimpiadasına buraxmayacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. İspaniyanın “Barselona” klubu braziliyalı futbolçu Ronaldinyoya Pekin Olimpiadasında iştirak etməyi qadağa qoyub. “APA-Sport” agentliyinin məlumatına görə, Kataloniya təmsilçisi 28 yaşlı hücumçusunu gələn ay Çində keçiriləcək Yay Olimpiya Oyunlarında yığma komandasına buraxmaqdan imtina edib. Braziliya yığmasının baş məşqçisi Dunqadan dəvət alan Ronaldinyo iyulun 14-də klubunda məşqlərə başlamalı olacaq. Bu haqda klubun rəsmi saytında məlumat verilib: “Ronaldinyo gələn həftənin birinci günündən başlayaraq, komanda ilə birgə yeni mövsümün hazırlığına başlayacaq. Olimpiadaya gəlincə, bu yarış FİFA təqvimində nəzərdə tutulmayıb. Deməli, biz futbolçularımızı Olimpiadaya buraxmaq məcburiyyətində deyilik. Bundan əlavə, biz Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarına imkan daxilində daha çox futbolçu cəlb etmək istəyirik”.
0