Saşa Yunisoğlu komandasının start heyətində meydana çıxıb
09.07.2008 - 13:12
Saşa Yunisoğlu komandasının start heyətində meydana çıxıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının oyunçusu Saşa Yunisoğlu Polşanın “Qrotslin” klubunun növbəti oyununda yalnız 45 dəqiqə meydanda olub. “APA-Sport” agentliyinin məlumatına görə, yeni mövsümə hazırlıq məqsədilə Avstriyada təlim-məşq toplanışı keçirən polşalılar yerli “Şvars” klubu ilə keçirdiyi yoxlama oyununda da qalib gələ bilməyib – 1:1. 23 yaşlı müdafiəçi bu dəfə start heyətdə meydana çıxaraq 45 dəqiqə meydanda olub. Avstriyada keçirdiyi sınaq matçlarının hamısında qol buraxan “Qrotslin”in arxa xətti aşağı dəstə təmsilçisi ilə görüşün ikinci hissəsində qapısından top buraxıb.
Qeyd edək ki, S.Yunisoğlunun komandası bu görüşədək toplanışda keçirdiyi oyunların birində qələbə qazanıb, birində heç-heçə edib, digərində isə məğlub olmuşdu.
0