“Rabotniçki” Azərbaycan çempionu ilə oyuna üç legioner sifariş edib
09.07.2008 - 14:30
“Rabotniçki” Azərbaycan çempionu ilə oyuna üç legioner sifariş edib
Skopye. Vüqar Xeyrullayev - APA-Sport. Makedoniyanın “Rabotniçki” klubu Çempionlar Liqasında iştirak ərizəsini UEFA-ya göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, çempion heyətini qoruya bilməyən Skopye təmsilçisi sifariş etməyə 22 futbolçu tapıb. Yarışın birinci təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq “Rabotniçki”nin baş məşqçisi Boban Babunski hələlik cəmi üç legionerin xidmətindən yararlanacağını dəqiqləşdirib. Serbiyalı Bojan Mixayloviç, həmçinin konqolu Rok İtua və nigeriyalı Adekunle Luxmon istisna olmaqla, bütün futbolçular Makedoniya futbolunun yetirmələridir. Əksəriyyəti gənclər olan bu heyətə oyun gününədək dəyişikliklərin edilməsi mümkündür. Lakin iyulun 15-də keçiriləcək ilk matçdan 5-6 gün əvvəl heyətə qatılan futbolçunun Makedoniya çempionuna hansı fayda verə biləcəyini B.Babunski müəyyənləşdirməlidir.

“Rabotniçki” klubunun ilkin iştirak ərizəsi: Lyupço Kmetovski, Adekunle Lukmon, Aleksandar Krstevski, Dimitriya Lazarevski, Rok İtua, Bojan Mihayloviç, Muarem Muarem, Krste Velkoski, Baje İliyoski, Emir Şabani, Minas Osmani, Ardiyan Nuxiu, Filip Mişevski, Blaqoyçe Lyamçevski, Mensur İdrizi, Vladimir Tunevski, Vladimir Sekulovski, Qoran Boqdanoviç, Duşko Trayçevski, Kiril Trayçevski, Toni İlievski, Duşko Georgiyeviç.


0