“Qalatasaray” “Liverpul”un ehtiyat qapıçısını transfer edir
09.07.2008 - 18:21
“Qalatasaray” “Liverpul”un ehtiyat qapıçısını transfer edir
İstanbul. Vüqar Xeyrullayev - APA-Sport. Türkiyənin “Qalatasaray” klubu Kamerun əsilli fransalı qapıçı Şarl İtanj ilə müqavilə bağlayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, neçə vaxtdır İngiltərənin “Liverpul” klubunun ehtiyat qapıçısı ilə danışıqlar aparan türkiyəlilər 26 yaşlı futbolçu ilə razılığa gəlib. Ş.İtanjla xeyli əvvəl anlaşma əldə olunsa da müqavilənin bütün detallarında ortaq məxrəcə gəlmək mümkün olmurdu. Artıq bütün məsələlərdə razılıq əldə olunduğundan yalnız münasibətlərin rəsmiləşməsi qalır. Bu gün İstanbula gələcək qapıçının sabah “Qalatasaray”la müqaviləyə imza atacağı gözlənilir. Qeyd edək ki, türkiyəlilər “Vest Hem”in avstraliyalı futbolçusu Lukas Neyllə də danışıqları yekunlaşdırmaq üzrədir və iyulun 11-dək müqavilənin bağlanacağı gözlənilir.
0