Viorel Hizo: “Neftçi” ilə oyunda potensialımızın 60 faizindən istifadə etdik”
21.07.2008 - 09:41
Viorel Hizo: “Neftçi” ilə oyunda potensialımızın 60 faizindən istifadə etdik”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Avrokuboklarda təcrübəmizin olmaması “Neftçi” ilə oyunda özünü göstərdi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rumıniyanın “Vaslui” klubunun baş məşqçisi Viorel Hizo deyib. İntertoto kubokunun üçüncü mərhələsində Bakıda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olan rumıniyalıların çalışdırıcısı tam qüvvə ilə oynamadıqlarını bildirib: “Çox təəssüflər olsun ki, güclü isti altında oynamaq məcburiyyətində idik. Bu səbəbdən də potensialımızın yalnız 60 faizindən istifadə edə bildik. Çox sadə epizodlarda qapımızdan qollar buraxdıq. Hesab 1:1 olduqdan sonra Lusian Burduyanın əldə etdiyi imkan qolla nəticələnsə idi nəticə fərqli ola bilərdi. Fikrimcə, matçın bu hesabla bitməsi ədalətli olmadı. Hesab oyuna görə deyil. İndiki vəziyyətdə hər iki komandanın mərhələ keçmək şansı 50 faizdir”.
Qeyd edək ki, “Neftçi” ilə “Vaslui” arasında cavab oyunu iyulun 26-da keçiriləcək.
0