“Vaslui” klubunun prezidenti: “Neftçi” ilə oyunda rusiyalı hakimə fit yox, Kalaşnikov avtomatı yaraşırdı”
21.07.2008 - 10:45
“Vaslui” klubunun prezidenti: “Neftçi” ilə oyunda rusiyalı hakimə fit yox, Kalaşnikov avtomatı yaraşırdı”
İntertoto kubokunun üçüncü mərhələsində keçirilən “Neftçi” - “Vaslui” görüşündə fit çalan İqor Yeqorovdan narazı qalan klub rəsmisi hakimi komandasının qatilinə bənzədib. Sabiq FİFA hakimi olan A.Porumboi rusiyalının 69-cu dəqiqədə Silviu Balasenin meydandan qovulmasını düzgün saymır: “Balaseyə qırmızı vərəqə göstərilməsəydi, nəticə də başqa cür olacaqdı. Heç nə etmədiyi halda, hakim onu meydandan qovdu. Lakin bundan sonrakı oyunumuzdan da razıyam. 30 gündür bir yerdə olan komanda üçün bu çox yaxşı oyun idi. Komandamız ən yaxşı oyunlarından birini keçirdi. Lakin futbolda bəxt və hakim səhvləri də az rol kəsb etmir. İndiki “Vaslui” ötən illə müqayisədə çox fərqlənir. Hansı səviyyədə olduğumuzu Rumıniya çempionatında da göstərəcəyik. İntertoto kubokuna görə isə arxayınam. Mərhələni asanlıqla keçəcəyik”.
Qeyd edək ki, qırmızı vərəqədən sonra qələbə qolunu vuran “Neftçi” “Vaslui”ni 2:1 hesabı ilə yenib.
0