Ukrayna mətbuatı: “Neftçi” parlamaqda davam edir
21.07.2008 - 11:35
Ukrayna mətbuatı: “Neftçi” parlamaqda davam edir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Anatoli Demyanenkonun rəhbərlik etdiyi “Neftçi” İntertoto kubokunda parlamaqda davam edir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözlər Ukrayna mətbuatında “Neftçi” klubunun İntertoto kubokunda uğurlu çıxışı ilə bağlı qeyd olunub. Anatoli Demyanenkonun dördqat Azərbaycan çempionunun sükanı arxasında çıxışına ilk dəfə toxunan ukraynalı həmkarlarımız daha çox həmyerlilərindən bəhs ediblər: “Neftçi”də Demyanenkonun rəhbərliyi altında çıxış edən Oleq Gerasimyukla Vladimir Olefir komandanın əsas futbolçuları sayılır. Bakılılar ilk iki mərhələdə Slovakiyanın “Nitra” və Belçikanın “Jerminal” klublarını mübarizədən kənarlaşdırdı. Bu matçların birində Gerasimyuk ümumiyyətlə meydanda ən yaxşı idi. Bu dəfə isə Rumıniyanın “Vaslui” klubu Bakıda qonaq oldu və “Neftçi” yenə qələbə qazandı – 2:1. Gerasimyuk bu görüşdə hesabı açdı”.
Qeyd edək ki, “Neftçi” O.Gerasimyukla V.Olefiri İntertotonun hazırkı mövsümü öncəsi transfer edib.


0