“Karvan” 8 futbolçudan da imtina edib
21.07.2008 - 15:57
“Karvan” 8 futbolçudan da imtina edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yevlaxın “Karvan” klubu Türkiyədə ikinci yoxlama oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, təlim-məşq toplanışını Bolu şəhərində keçirən təmsilçimiz “Dənizli Bələdiyyəspor” klubunu 4:2 hesabı ilə məğlub edib. Türkiyə çempionatının ikinci dəstəsinin ikinci qrupunda çıxış edən rəqibin qapısına qolları Süleyman Kamara və Əziz Quliyev vurub. Daha iki qolu baxışa gələn braziliyalı oyunçu vurub ki, qarşılaşmadan sonra o 4 həmyerlisi və 3 türkiyəli ilə birgə geri qaytarılıb. Yoxlama matçında sınadığı bu 8 futbolçunu bəyənməyən Yunis Hüseynov yaxın günlərdə gələcək yeni legionerləri növbəti matçlarda nəzərdən keçirəcək. Qeyd edək ki, “Karvan” Türkiyədə keçirdiyi hər iki yoxlama matçında qələbə qazanıb.
0