Makedoniyalılar Rövnəq Abdullayevlə Ramin Musayevi səhv salıb
21.07.2008 - 17:39
Makedoniyalılar Rövnəq Abdullayevlə Ramin Musayevi səhv salıb
Skopye. Mehman Süleymanov - APA-Sport. Makedoniya mətbuatında Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Rabotniçki” - “İnter” oyununu AFFA prezidenti Rövnəq Abdullayevin izləyəcəyi ilə bağlı məlumat yer alıb. “APA-Sport” agentliyinin məlumatına görə, makedoniyalı həmkarlarımız Skopyeyə gələn Azərbaycan nümayəndə heyətinə R.Abdullayevin rəhbərlik etməsinin nəzərdə tutulduğunu yazıb. Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov isə “APA-Sport” agentliyinə açıqlamasında AFFA prezidentinin onlara birgə səfərə çıxmasını təkzib edib: “Rövnəq Abdullayevin də bizimlə birgə Makedoniyaya gəlməsi ilə bağlı xəbər yanlışdır. Əslində, bura Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev gəlib. Görünür, makedoniyalılar bu iki qurumun prezidentlərini səhv salıb”.
0