Dmitriya Lazarevski: “İnter”ə şansı verməməliyik”
21.07.2008 - 17:39
Dmitriya Lazarevski: “İnter”ə şansı verməməliyik”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “İnter”in güclü komanda olduğunu, lakin öz meydanında “Rabotniçki” ilə bacarmayıb qolsuz ayrıldığı hamıya aydındır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Çempionlar Liqasının birinci təsnifat mərhələsində “İnter”in rəqibi olan Makedoniyanın “Rabotniçki” klubunun müdafiəçisi Dmitriya Lazarevski deyib. Müdafiənin önündə qərarlaşan arxa xətt oyunçusu ağıllı taktikaya güvənir: “Buna baxmayaraq, bizim qələbə istəyimiz daha çoxdur. Təbii ki, azərbaycanlılar da “Partizan”la qarşılaşmaq istəyir. Lakin biz azarkeşlərimizin gözü qarşısında oynayırıq. Belədə onları məyus etmək haqqımız yoxdur. Taktiki cəhətdən müdrik oyun göstərməliyik. Var qüvvə ilə irəli atılıb rəqibə əks hücum şansı vermək düzgün olmazdı”.
0