Ronaldinyo “Milan”da 80 nömrəli formanı geyinəcək
22.07.2008 - 09:44
Ronaldinyo “Milan”da 80 nömrəli formanı geyinəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. İtaliyanın “Milan” klubunun yeni transferi Ronaldinyo 11 nömrəli formada geyinməkdən imtina edib. “APA-Sport” agentliyinin məlumatına görə, 28 yaşlı braziliyalı futbolçu Alberto Çilardinyonun “Fiorentina” klubuna keçidindən sonra onun daşıdığı nömrəni götürsə də, çox keçmədən fikrini dəyişib. O, “Milan”da 80 nömrəli formanı geyməyi qərara alıb. Ronaldinyo seçimini 1980-ci ildə anadan olması ilə izah edib.
“Barselona” və Braziliya yığmasında 10 nömrəli formanı geyən Ronaldinyo yeni klubunda da bu nömrəni daşımaq istəyirdi. Ancaq braziliyalı həmkarına güzəştə getməyən, onun gəlişinə elə də sevinməyən “Milan”ın hollandiyalı yarımmüdafiəçi Klarens Zeedorf daşıdığı 10 nömrəni heç kimə vermək fikrində deyil.
0