AFFA rəhbərliyi jurnalistləri təbrik edib
22.07.2008 - 11:26
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün AFFA rəhbərliyi Milli Mətbuat günü ilə əlaqədar jurnalistlərlə görüş keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, assosiasiyanın inzibati binasında keçirilən görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib. Assosiasiya prezidenti Rövnəq Abdullayevin adından mətbuat nümayəndələrini təbrik edən E.Məmmədov medianın təsir qüvvəsinin böyük olduğunu bildirib: “Mətbuat 4-cü hakimiyyətdir və onun rolu böyükdür. Son vaxtlar idman mətbuatımızda canlanma hiss olunur, inkişaf gedir. Onun vasitəsilə futbolumuzu təbliğ edirik”. Jurnalistlərə gələcək işlərində uğurlar arzulayan AFFA-nın baş katibi sonda onlara hədiyyələr verib.
- “Sabah”ın Çempionlar Liqasındakı rəqibində ciddi itki
- “Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı
- PSJ-yə rədd cavabı verdi – “Benfika”da qalacaq
- “Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu
- Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama
0
0