Viorel Hizo: “Vaslui”nin üzərində böyük təzyiq var”
22.07.2008 - 12:33
Viorel Hizo: “Vaslui”nin üzərində böyük təzyiq var”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Avropalıların Rumıniya futboluna yuxarıdan aşağı baxmasına “Vaslui” son qoyacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rumıniyanın “Vaslui” klubunun baş məşqçisi Viorel Hizo deyib. İntertoto kubokunun üçüncü mərhələsində “Neftçi” ilə qarşılaşan vasluililərin çalışdırıcısı komandasının tarix yazmağa yaxın olduğunu bildirib: “Neftçi”ni məğlub edərək UEFA kubokuna çıxsaq, bu Rumıniya futbolunun tarixində yeni rekord olacaq. İndiyədək heç vaxt bir mövsümdə 7 komandamız qitə kuboklarında çıxış etməyib. Bu il Çempionlar Liqasında 2, UEFA kubokunda 4 komandamız iştirak edir. “Vaslui” Rumıniyanın UEFA kubokunda 5-ci, ümumilikdə isə 7-ci təmsilçisi ola bilər. Belə tarixi yazmaq şansının olması böyük məsuliyyətdir. Bu da öz növbəsində üzərimizdə böyük təzyiqin olması deməkdir. Lakin “Neftçi”ni keçməklə qitəyə Rumıniya futbolunun gücünü göstərəcəyik”.
Qeyd edək ki, ötən il Rumıniya qitə kuboklarında 5, ondan əvvəl isə Azərbaycan kimi cəmi 3 komanda ilə təmsil olunurdu.
0