Faiq Qarayev Berti Foqtsu tənqid edib
22.07.2008 - 16:52
Faiq Qarayev Berti Foqtsu tənqid edib
Bakı. Elşən Məmmədov - APA-Sport. “Azərbaycan futbolunun inkişafı yönündə görülən işlərin 30-40 faizi voleybola sərf olunsa, biz daha çox uğurlar əldə edə bilərik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi Faiq Qarayev deyib. F.Qarayev bildirib ki, voleybolda əldə olunan irəliləyişlər daha çox olsa da, futbolumuza göstərilən diqqət daha çoxdur. O, futbol millimizin almaniyalı baş məşqçisi Berti Foqtsu tənqid etməkdən də çəkinməyib: “Digər növlərdə yığma komandalarımıza baş məşqçi təyin olunan əcnəbilər komandamızı dünya çempionatının final mərhələsinə çıxaracaqlarına söz vermirlər. Açığı, buna təəccüblənirəm. Amma biz klub və yığma səviyyəsində bir sıra uğurlara imza atmışıq, dünya və Avropa çempionatlarının final mərhələlərində çıxış etmişik, Avropanın aparıcı klublarında çıxış etməyə qadir voleybolçular yetişdirmişik”.
0