Marko Lyubinkoviç: “Neftçi” klubunu keçəcəyimizə əminəm”
23.07.2008 - 11:18
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Komandamızın Bakıda uduzması rüsvayçılıq idi. “Neftçi” ilə oyunda ən azı heç-heçə etməliydik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rumıniyanın “Vaslui” klubunun futbolçusu Marko Lyubinkoviç deyib. Klubun tarixi ərzində hamıdan çox qol vuran serbiyalı hücumçu İntertoto kubokunun üçüncü mərhələsində “Neftçi”yə məğlubiyyətin sirrini açıb: “Razıyam ki, ilk oyunda komandamızda çatışmayan cəhətlər var idi. Səhvlərimizə haqq qazandıra bilmərik. İlk növbədə oyunçuların hərəkətləri uyğun gəlmirdi. Sanki hərə öz istədiyini edirdi. Lakin “Neftçi”ni keçəcəyimizə əminəm. Bizə hətta 1:0 hesabı da sərf edir. Səbirsizliklə bu qarşılaşmanı gözləyirik. Yalnız bir istəyimiz var: azarkeşlərimiz tribunaları doldursun. Bu dəstəyə ehtiyacımız var. 30 min rəqib tərəfdarının qarşısında ürəyimizdə nələrin baş verdiyini ifadə etmək çətindir. Belə təzyiqdə nəfəs almaq belə çətin idi. Düşünürəm ki, bu amil də azərbaycanlıların qələbəsinə səbəbə oldu. Bu mərhələni keçsək, Rumıniya çempionatının ilk turunda “Styaua”nı məğlub edəcəyik”.
Qeyd edək ki, iyulun 26-da “Neftçi” ilə görüşəcək “Vaslui” ölkə çempionatında ilk oyununu ayın 30-da öz meydanında “Styaua”ya qarşı keçirəcək.
Qeyd edək ki, iyulun 26-da “Neftçi” ilə görüşəcək “Vaslui” ölkə çempionatında ilk oyununu ayın 30-da öz meydanında “Styaua”ya qarşı keçirəcək.
0
0