“Voyvodina” klubunun kapitanı: “Olimpik” antifutbolu təbliğ edir”
23.07.2008 - 12:21
“Voyvodina” klubunun kapitanı: “Olimpik” antifutbolu təbliğ edir”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Olimpik”lə cavab matçının necə nəticələnəcəyini deməyə ehtiyac yoxdur”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Serbiyanın “Voyvodina” klubunun kapitanı Aleksandr Popoviç deyib. UEFA kubokunun birinci təsnifat mərhələsində Bakının “Olimpik” klubu ilə qarşılaşan Novi Sad təmsilçisinin 25 yaşlı yarımmüdafiəçisi növbəti mərhələyə çıxmaq şanslarını yüksək dəyərləndirib: “İlk oyundakı minimal üstünlüyümüzü nəzərə almasaq, belə qarşılaşma kimin hansı səviyyədə oynadığını göstərdi. Qonaqların Novi Sadda göstərdiyi oyunun sadəcə bir adı var. “Olimpik” antifutbolu təbliğ edir. Cavab matçında isə azərbaycanlılar hücum etməyə məcbur olacaq ki, bu da bizə futbol oynamağa boş sahənin verilməsi ilə nəticələnəcək. Belə olan halda, bir qol vurmaqla cütün taleyini həll edəcəyik”.
Qeyd edək ki, “Voyvodina” iyulun 17-də keçirilən ilk oyunda “Olimpik”i 1:0 hesabı ilə məğlub edib.
0